ABŞ iqtisadiyyatına yeni zərbə

Dünya

20.04.2025 10:15

15

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli istefaya göndərərsə, ölkə iqtisadiyyatına inam daha da sarsılacaq.

TodayPress xəbər verir ki, bunu Fransanın maliyyə naziri Erik Lombard “La Tribune Dimanche” nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Amerika lideri tariflərlə bağlı siyasəti ilə artıq dollara olan inamı ciddi şəkildə sarsıdıb. Lombard, Pauelin işdən çıxarılacağı təqdirdə Vaşinqtonun "dərin iqtisadi qarışıqlıq" və daha yüksək borc xidmət xərcləri ilə üzləşəcəyini proqnozlaşdırıb.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp ,Fransa, Erik Lombard,todaypress.az,