ABŞ-İran danışıqları təxirə salına bilər

Dünya

01.05.2025 18:20

9

Romada keçirilməsi planlaşdırılan ABŞ və İran arasında nüvə proqramı ilə bağlı məsləhətləşmələrin dördüncü raundu təxirə salına bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Bildirilir ki, bu məlumatı üç etibarlı mənbə təsdiqləyib. Danışıqların təxirə salınmasının səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, görüşün mayın 3-də keçirilməsi gözlənilirdi.

Türkan İsgəndərli

tag: Roma,ABŞ,İran,Nüvə,todaypress.az,