ABŞ-İran danışıqlarının 3-cü raundu başlayacaq

Dünya

26.04.2025 10:45

17

ABŞ və İran arasında yüksək səviyyəli danışıqların üçüncü raundu texniki məsləhətləşmələrdən sonra başlayacaq və iki ölkənin nümayəndə heyətləri İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər.

TodayPress xəbər verir ki, bu barədə "TASS" müxbirinə Maskatdakı diplomatik mənbə bildirib.

Danışıqların üçüncü mərhələsi əvvəlki iki raundda olduğu kimi Omanın vasitəçiliyi ilə keçiriləcək.

Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.

Qeyd edək ki, ekspertlər səviyyəsində məşvərət görüşü əvvəlcə aprelin 23-də Maskatda keçirilməli idi. Amerika administrasiyası bu təklifi İran tərəfinə çatdıran Oman nümayəndələri vasitəsilə məsləhətləşmələrin təxirə salınmasını xahiş edib. ABŞ rəsmiləri gecikməni “logistik çətinliklərlə” əlaqələndiriblər.

Töhfə Səməd

tag: ABŞ ,İran,Danışıqlar,Maskat,Oman,todaypress.az,