ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı
Omanda İranın nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb.
TodayPress xəbər verir ki, bu barədə “ISNA” məlumat yayıb.
“İran və ABŞ arasında Omanın paytaxtında keçirilən dolayı danışıqların üçüncü raundu bir neçə dəqiqə əvvəl başa çatıb” məlumatda deyilir.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib.
tag: Oman,İran,Tehran,ABŞ ,Todaypress.az,