ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

Dünya

16.04.2025 20:40

13

ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

TodayPress xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib.

Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında qeydiyyatdan keçib. Bu siyahıya əlavə edilən tankerlər də bu qurumlarla əlaqələndirilib.

tag: ABŞ, İran, Neft, Sansksiya, Şirkət, Çin, Marşal, todaypress.az,