ABŞ İranın nüvə proqramını dayandırmağı tələb etmədi

Dünya

15.04.2025 15:46

19

“Vaşinqton Tehranla danışıqlarda İranın qırmızı xətlərini tanıyır”.

TodayPress xəbər verir ki, bu barədə İranın “The Tehran Times” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşdə Tehranı nüvə proqramından tamamilə imtina etməyə çağırmayıb.

Mənbələr qeyd ediblər ki, danışıqlar zamanı İranın nüvə proqramının sökülməsi və ya ləğvi ilə bağlı heç bir tələb səsləndirilməyib. Bu isə, “Tehran Times”ın yazdığına görə, ABŞ administrasiyasının İranın “qırmızı xətlərini” rəsmən tanıması kimi qiymətləndirilir

Qiymət Mahir

tag: Vaşinqton,Tehran,Nüvə,Proqram,todaypress.az,