ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq etdi

Dünya

13.03.2025 20:40

1471

ABŞ İranla əlaqəli bir fiziki və 17 hüquqi şəxsi, eləcə də 13 gəmini sanksiyalar siyahısına daxil edib.

TodayPress  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında bildirilib.

Sanksiya siyahısına Çin (Honkonq), Marşal adaları, İndoneziya və digər ölkələrdən gəmi menecmenti ilə əlaqəli şirkətlər daxil edilib.

Siyahıdakı gəmilərdən 10-u tanker, daha 3-ü isə yedək gəmisidir.

 

tag: Sanksiya, ABŞ, İran, Gəmi, Çin, todaypress.az,