ABŞ İranla nüvə danışıqlarından sülh gözləyir

Dünya

18.04.2025 14:20

15

ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların məhsuldar şəkildə davam etməsinə və böhranın dinc yolla uzunmüddətli həllinə gətirib çıxarmasına ümid edir.

TodayPress xəbər verir ki, bu barədə o, Parisdə jurnalistlərə açıqlamasında bildirib.

“Ümid edirik ki, danışıqlar məhsuldar davam edəcək. Biz sülhə əsaslanan, uzunmüddətli nizamlanmanın tərəfdarıyıq” deyə dövlət katibi bildirib. 

Qiymət Mahir

tag: ABŞ,İran,Danışıqlar,Sülh,Todaypress.az,