ABŞ İsrailə böyük miqdarda silah və sursat daşıyır

Dünya

19.04.2025 09:10

15

Son 24 saatda ABŞ hərbi hava qüüvələrinə aid doqquz yük təyyarəsi Fələstin torpaqlarının cənubundakı Nevatim hərbi bazasına böyük miqdarda silah və sursat daşıyıb. 

TodayPress xəbər verir ki, bu haqda İsrail Yayım Korporasiyası (KAN) məlumat yayıb. 

Nevatim bazasına gətirilən və bunkerlərin partladılmasında istifadə olunan yüzlərlə xüsusi raketin ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalması halında ABŞ-nin İranın nüvə obyektlərinə hücumu üçün göndərildiyi iddia edilir. 

Bu raketlərin ABŞ-nin Avropa və Yaxın Şərqdəki bazalarından İsrailə göndərildiyi bildirilir.

tag: ABŞ,İsrail,Baza,Silah Sursat,Todaypress.az,