ABŞ Kanada və Hindistanla gömrük rüsumları barədə razılığa gələcək
ABŞ
prezidenti Donald Tramp əmindir ki, Amerika Birləşmiş Ştatları nəhayət, həm
Kanada, həm də Hindistanla tariflər üzrə razılığa gələcək.
TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə
jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Düşünürəm ki, ABŞ-nin Kanada və Hindistan arasında
işləri çox yaxşı olacaq” deyə o bildirib.
Eyni zamanda, prezident əmin edib ki, o, iki ölkə
arasında de-fakto ticarət müharibəsi başlayarsa, Kanadadan idxala gömrük
rüsumlarını kəskin şəkildə daha da artırmağa hazırdır.
tag: Tramp, ABŞ, Amerika,Kanada, Ağ Ev, todaypress.az,