ABŞ Kanadanı güc yolu ilə birləşdirməyəcək

Dünya

05.05.2025 00:59

18

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gələcəkdə Kanadanı hərbi güc tətbiq etməklə Birləşmiş Ştatlara birləşdirəcəyinə inanmadığını bildirib.

TodayPress xəbər verir ki, bunu "NBC News" telekanalına müsahibəsində Tramp deyib.

Qrenlandiya məsələsinə də toxunan Tramp qeyd edib ki, bu ərazi ABŞ üçün həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətlidir: “Qrenlandiya ilə bağlı nəsə baş verə bilər, səmimi olacağam. Amma düşünürəm ki, məsələnin güc yolu ilə həlli son dərəcə az ehtimallıdır”.

Bununla belə, Tramp əlavə edib ki, əgər Kanada ABŞ-nin tərkibinə daxil olsaydı, “çox dəyərli bir ştat” olardı.

Türkan İsgəndərli

tag: ABŞ,Donald Tramp,Prezident,Respublikaçı,todaypress.az,