ABŞ kəşfiyyatı: Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər
Koreya Xalq Demokratik Respublikası qısa
müddət ərzində yenidən nüvə sınağı keçirə bilər.
TodayPress xəbər verir ki, bu fikirləri ABŞ
Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.
O, Senatın Kəşfiyyat Komitəsinin dinləmələrində
vurğulayıb: “Şimali Koreya çox güman ki, qısa müddətdə növbəti nüvə sınağı
keçirməyə hazırdır və gələcək danışıqlarda artan təsir imkanlarını nümayiş
etdirmək üçün qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam
edəcək”.
Cənubi Koreya hakimiyyəti son aylarda dəfələrlə bəyan
edib ki, KXDR yeddinci nüvə sınağını keçirə bilər.
tag: Koreya, Kəşfiyyat, ABŞ, Tulsi Qabbard, KXDR, todaypress.az,