ABŞ Kiyevdən bezib - SORĞU
Ukraynalıların yarıdan çoxu düşünür ki, ABŞ Ukraynadan bezib və Kiyevə qəsdən təzyiq göstərir.
TodayPress xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) sosioloji sorğu keçirib.
“Son məlumatlara görə, vətəndaşların 67 faizi hesab edir ki, ABŞ Ukraynadan yorulub. Buna görə də güzəştlər üçün əlavə təzyiqlər edirlər” deyə hesabatda bildirilib.
Qeyd olunub ki, Ukrayna sakinlərinin yalnız 24 faizi ABŞ-ni Kiyev üçün məqbul dünya istəyən tərəfdaş kimi görür.
Eyni zamanda, respondentlərin 64 faizi Avropa İttifaqını (Aİ) müttəfiq hesab edir.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Sorğu,Dəstək,Todaypress.az,