ABŞ koinləri qiymətli kağızlar hesab etmir
ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) koinlərin məhdud funksionallığı səbəbindən əksər hallarda onları qiymətli kağızlar kimi tanımadığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “SEC” özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Komissiyanın Korporativ Maliyyə Departamentinə görə, koinlər adətən əyləncə, sosial qarşılıqlı əlaqə və ya mədəni məqsədlər üçün alınır və onların dəyəri əsasən bazar tələbi və spekulyasiya ilə idarə olunur. Bu baxımdan, koinlər kolleksiya əşyalarına bənzəyir və onların istifadəsi çox məhduddur.
Komissiya bəyan edib ki, koinlərlə bağlı əməliyyatlar qiymətli kağızlar haqqında federal qanunlara uyğun olaraq qiymətli kağızların təklifi və ya satışını nəzərdə tutmur.
Həmçinin, koinlər gələcək gəlir, mənfəət və ya biznes aktivlərinə hüquqlar vermir və ümumiyyətlə qiymətli kağızlar sayılmır.
Nicat Osman
tag: ABŞ,Qiymətli kağız,Koin,Kriptovalyuta,Todaypress.az,