ABŞ Konqo ilə nadir metallarla bağlı danışıqlar aparır

Dünya

08.03.2025 12:00

2609

Amerika Birləşmiş Ştatları Konqo Demokratik Respublikasında (KDR) nadir torpaq metallarının çıxarılmasına dair sazişin bağlanması imkanını müzakirə edir.   

TodayPress xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, Konqo müasir texnologiyalar üçün vacib olan kritik resurslara malikdir.

ABŞ bu sahədə Konqo ilə əməkdaşlıq imkanlarını dəyərləndirir. Potensial razılaşma yüksək ixtisaslı iş yerlərinin yaradılmasına və regional təchizat zəncirinin inkişafına töhfə verə bilər. 

Bildirilib ki, əgər Amerika şirkətlərinə Afrikada nadir torpaq metallarının çıxarılmasına icazə verilsə, ABŞ-nin Konqo hərbi qüvvələrinə təlim keçməyə başlayacağı gözlənilir. 

Türkan İsgəndərli

tag: ABŞ,Konqo,Nadir,Metal,Todaypress.az,