ABŞ Macarıstanla bağlı qərarlara yenidən baxacaq
“Birləşmiş Ştatlar Macarıstanı əmin edib ki, tezliklə əvvəlki administrasiyanın düşməncə verilmiş qərarlarına yenidən baxılacaq”.
TodayPress, "RİA"ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Macar diplomat ABŞ-nin keçmiş hakimiyyətinin bir sıra qeyri-dost addımlarına da nəzər yetirməyi tövsiyə edib. Belə ki, ABŞ-nin əvvəlki administrasiyası ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi ləğv edib. Həmçinin Macarıstan vətəndaşlarının ABŞ-yə girişinə məhdudiyyətlər tətbiq edib.
“Biz artıq ABŞ-nin yeni rəhbərliyi ilə bu münasibətləri bərpa etdiyimizi müzakirə etmişik. Bundan əlavə yeni dövlət katibi məni əmin etdi ki, əvvəlki administrasiyanın revanşa əsaslanan qərarları tezliklə nəzərdən keçiriləcək” Siyarto deyib.
Xatırladaq ki, bundan əvvəl Peter Siyarto ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının Macarıstana qarşı düşmənçilik etdiyini və buna görə də Budapeşt üçün daim müxtəlif maneələr yaratdığını bildirib.
Həmçinin Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin ABŞ və Avropa İttifaqının daimi təzyiqi altında olduğunu deyib. O əlavə edib ki, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişib.
Aysel Mətləb
tag: ABŞ,Macarıstan,XİN,Peter Siyarto,Cozef Bayden,todaypress.az,