ABŞ məhkəməsi Tramp administrasiyasına göstəriş verdi
ABŞ-də federal hakim Amerika lideri Donald Trampın administrasiyasına dondurulmuş xarici yardımı bərpa etməyi əmr edib.
TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bu barədə məhkəmə məlumat bazasının qərarında deyilir.
Kolumbiya Dairə Məhkəməsi qeyd edib ki, yardımın dayandırılması proqramların effektivliyini yoxlamaq imkanı vermək məqsədi daşıyır.
Bundan əvvəl bildirilmişdi ki, amerikalı diplomatlar Dövlət Departamentindən Ukrayna ilə bağlı proqramları xarici yardımın dondurulmasından çıxarmağı xahiş ediblər.
Qeyd olunur ki, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun diplomatları dövlət katibi Marko Rubiodan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı fəaliyyətini ABŞ prezidenti Donald Trampın fərmanından tamamilə çıxarmağı xahiş ediblər. Onların fikrincə, bu qərar milli təhlükəsizlik məsələləri ilə bağlıdır.
Töhfə Səməd
tag: ABŞ,Donald Tramp,Məhkəmə,Marko Rubio,todaypress.az,