ABŞ Meksika idxalına tətbiq etdiyi tarifləri dayandırdığını elan etdi

Dünya

04.02.2025 00:10

1654

Meksika prezidenti Klaudiya Şeynbaum Donald Trampın Meksikadan idxal etdiyi mallara tətbiq etdiyi 25%-lik rüsumun bir ay müddətinə dayandırılacağını açıqlayıb.

TpdayPress xəbər verir ki, bu barədə " TASS" məlumat yayıb.

Prezident deyib ki, o, prezident Trampla yaxşı söhbət edib.

O, əlavə edib ki, söhbət zamanı Tramp ikitərəfli münasibətlərə və Meksikanın suverenliyinə nə qədər hörmət etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ Meksikaya qeyri-qanuni silah tədarükünün qarşısını almağa çalışacaq.

"Bu gündən komandalarımız iki cəbhədə işə başlayacaq: təhlükəsizlik və ticarət" prezident deyib.

Aynur TAC

tag: TASS, Tramp,ABŞ,Meksika, todaypress.az,