ABŞ–Meksika sərhədində qeyri-qanuni keçidlər azaldı
ABŞ və Meksika arasında qeyri-qanuni sərhəd keçidlərinin sayı mart ayında rekord səviyyədə azalıb.
TodayPress xəbər verir ki, bu barədə “The New York Post” ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Mart ayında sərhəd xidmətinin əməkdaşları cəmi 7 minə yaxın qeyri-qanuni keçid cəhdini qeydə alıblar.
Müqayisə üçün qeyd olunur ki, ötən ilin eyni dövründə bu rəqəm 137 min olub.
Mənbənin bildirdiyinə görə, kəskin azalma prezident Donald Tramp administrasiyasının yanvar ayının sonundan etibarən sərhəd nəzarətini sərtləşdirməsi ilə bağlıdır.
Digər tərəfdən, ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti saxlanılan şəxslər üçün mərkəzlərin dolması problemi ilə üzləşib və bu səbəbdən
Konqresə əlavə yerlər üçün maliyyə ayrılması ilə bağlı müraciət edib. Yeni siyasətin ilk 50 günü ərzində 32 min nəfər saxlanılıb.
Qiymət Mahir
tag: ABŞ,Meksika,Qanunsuz,Keçid,Todaypress.az,