ABŞ Moldovaya rüsumları azaltdı
ABŞ hökuməti Moldovadan idxal olunan məhsullara tətbiq etdiyi ticarət rüsumlarını 31%-dən 10%-ə endirib.
TodayPress xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu “RIA”ya açıqlamasında bildirib.
“İlk dəfə Moldovaya qarşı tariflər tətbiq olunanda səbəb kimi göstərilmişdi ki, biz ABŞ-dən çox, ABŞ-yə ixrac edirik. Xüsusilə son bir ildə Moldovanın ABŞ-yə şərab ixracı əhəmiyyətli dərəcədə artdı. Bu səbəbdən 31%-lik rüsumlar qüvvədə idi. İndi isə 10%-lik baza səviyyəsinə qaytarıldı” deyə o izah edib.
Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən idxal olunan mallara qarşı yeni tarif sistemini elan edib. Baza rüsum 10% müəyyən edilsə də, bəzi ölkələrə münasibətdə bu rəqəm daha yüksək olub: Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.
Qiymət Mahir
tag: ABŞ,Moldova,Tramp,Sandu,todaypress.az,