ABŞ müdafiə xərclərini artırır

Dünya

08.04.2025 11:02

14

Amerika prezidenti Donald Tramp bildirib ki, administrasiyası təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib.   

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Onun sözlərinə görə, ABŞ maliyyənin çox hissəsini orduya ayırmalıdır.

Tramp əlavə edib ki, bu büdcə hərbiyə ayrılan ən böyük büdcə olacaq. 

Eyni zamanda, ölkənin ordu komandanlığı şəxsi heyətin sayının 90 minə yaxın insanın ixtisar edilməsi imkanını nəzərdən keçirir.   

Qeyd edək ki, hazırda Amerika ordusunda təxminən 450.000 vətəndaş xidmət edir. Kadr dəyişikliyindən sonra onların sayının 360-420 minə qədər azalacağı gözlənilir. 

Türkan İsgəndərli

tag: ABŞ,MÜdafiə,Büdcə,Artım,Todaypress.az,