ABŞ NATO ilə bağlı qərar verdi

Dünya

03.04.2025 14:23

930

ABŞ Şimali Atlantika Alyansının üzvü olaraq qalacaq. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama yayıb. 

O vurğulayıb ki, ABŞ NATO-ya daxil olan hər bir dövlətdən "müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyini öz üzərinə götürməyi" tələb etmək niyyətindədir. 

Qeyd edək ki, martın 10-da amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin NATO-dan çıxmalı olduğunu bildirib. 

Türkan İsgəndərli

tag: ABŞ,Marko Rubio,NATO,Alyans,Əməkdaşlıq,Todaypress.az,