ABŞ NATO üzvlərindən hərbi xərcləri artırmağı tələb edir

Dünya

03.04.2025 15:31

2704

ABŞ dövlət katibi Marko Rubio NATO-ya üzv ölkələrdən hər birinin hərbi xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyi götürməsini istəyir. Tələb həmçinin ABŞ-nin özünü də əhatə edir. 

TodayPress xəbər verir ki, Rubio bu barədə NATO-nun Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında danışıb.   

Onun sözlərinə görə, Vaşinqton görüşü elə bir nəticə ilə başa vurmaq istəyir ki, hər bir NATO üzvü bu öhdəliyi rəsmən qəbul etmiş olsun. 

“Söhbət yalnız başqalarından deyil, həm də ABŞ-dən gedir. Biz öz hərbi xərclərimizi də artırmalı olacağıq” deyə dövlət katibi vurğulayıb. 

Hazırda NATO-nun hədəfi üzv ölkələrin hərbi büdcələrinin ÜDM-in 2%-i səviyyəsində olmasıdır.

Rubionun təklifinin alyans daxilində yeni müzakirələrə yol açacağı gözlənilir. 

Qiymət Mahir

tag: ABŞ,NATO,Hərbi,Xərc,Artım,Todaypress.az,