ABŞ-nin ağır aviasiya bombaları İsrailə göndərildi

Dünya

16.02.2025 16:10

2696

ABŞ-nin əvvəlki administrasiyası tərəfindən təsdiqlənmiş ağır aviasiya bombalarının İsrailə çatdırıldığı bildirilir. 

TodayPress xəbər verir ki, bu barədə fevralın 16-da “The Times of Israel” məlumat yayıb.

İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, gecə saatlarında Aşdod limanında 2 min funtluq “MK-84” bombalarının boşaldılması həyata keçirilib. Daha sonra bombalar İsrail Hərbi Hava Qüvvələrinin bazalarına paylanıb.

Tədarük edilən bombaların ümumi sayı açıqlanmayıb.

İsrail Müdafiə Nazirliyinin bəyanatına əsasən, 2023-cü ilin oktyabr ayından bəri İsrailə 76 min ton hərbi texnika tədarük edilib və bu yüklərin əhəmiyyətli hissəsi ABŞ-dən göndərilib.

Qiymət Mahir

tag: İsrail,ABŞ,Bomba,MK-84,todaypress.az,