ABŞ-nin BMT-dən çıxmasını nəzərdə tutan qanun layihəsi təqdim edildi

Dünya

22.02.2025 19:00

721

Respublikaçı senatorlar ABŞ-nin Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxmasını nəzərdə tutan DEFUND Aktı adlı yeni qanun layihəsi təqdim ediblər. 

TodayPress xəbər verir ki, Senator Mayk Linin rəsmi saytında yayımlanan press-relizdə bildirilib ki, bu qanun 1945-ci il Birləşmiş Millətlərdə İştirak Aktını ləğv edəcək və ABŞ-nin BMT-yə maliyyə dəstəyini tamamilə dayandıracaq.

DEFUND Aktı qəbul olunarsa, ABŞ BMT sülhməramlı əməliyyatlarında iştirakını dayandıracaq. Eyni zamanda, bu qanun layihəsi ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) və digər BMT konvensiyalarından rəsmi çıxışını təmin edəcək, həmçinin BMT rəsmilərinin ABŞ-dakı diplomatik toxunulmazlığını ləğv edəcək.

Bildirilib ki, qanun layihəsi ABŞ-nin gələcəkdə BMT ilə mümkün əməkdaşlığı üçün Senatın təsdiqini və açıq şəkildə qeyd olunan çıxış şərtlərini tələb edən sərt qaydalar müəyyənləşdirir.

Qiymət Mahir

tag: Dünya,ABŞ,BMT,Mayk Li,todaypress.az,