ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirdi
ABŞ Prezidenti Donald Trampın Amerika
iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatlarından sonra “NASDAQ 100”
texnologiya indeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib.
TodayPress xəbər verir ki, bu barədə
Martın 9-da “Fox News”da Tramp idxal mallarına rüsumların
artırılmasının Amerika iqtisadiyyatına təsir edə biləcəyini etiraf etsə də,
mümkün resessiya haqqında sualdan yayınıb.
“Nasdaq 100” indeksi təxminən 4 % azalıb ki, bu da
2022-ci ildən bəri ən pis göstəricidir. Bakı vaxtı ilə 22:13-ə olan vəziyyətə
görə, ən çox zərər çəkmiş “Tesla” olub: elektromobil istehsalçısının indeksi 14
% azalıb. Proqram təminatı tərtibatçısı “Palantir Technologies”in səhmləri 11
%, “Apple” şirkətinin qiymətli kağızları 5,3 %, “Microsoft” 3,5 %, “Nvidia” isə
4,8 % azalıb.
Son bir ayda ABŞ-nin aparıcı indeksləri təxminən 5 %
azalıb, Amerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollar
azaldıb.
Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyası
zamanı prezidentliyi dövründə ABŞ-nin “Qızıl dövr”ə qədəm qoyacağını vəd
etmişdi. Martın 5-də Konqres qarşısında “Ölkənin vəziyyəti haqqında” müraciətlə
çıxış edən Tramp bu tezisi təkrarlayaraq Amerika “Qızıl dövrünün yenicə
başladığını” söyləmişdi.
tag: ABŞ, Tramp, İT, Nasdaq,Amerika, todaypress.az,