ABŞ-nin miqrantlarla mübarizə xərcləri hesablandı

Dünya

29.03.2025 17:47

2992

ABŞ cəmi bir neçə ay ərzində qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.   

TodayPress xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Pentaqon miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib.

Martın ortalarına qədər bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərcləri nəzərə alınmasa, 328 milyon dollara yüksəlib. 

Mənbələr qeyd edirlər ki, bu tendensiya davam edərsə, qeyri-qanuni immiqrantlarla və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ilində büdcə iki milyarddan çox başa gələcək. 

Töhfə Səməd

tag: ABŞ,Miqrant,Mübarizə,Xərc,300,Milyon,Dollar,Todaypress.az,