ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 4,1 milyon barel artdı

Dünya

13.02.2025 04:11

2767

ABŞ-də kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barel təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.

Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % ucuzlaşaraq 76,02 dollar/barelə, WTI markalı neftin mart fyuçerslərinin dəyəri isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barelə bərabər olub.

 

tag: ABŞ, Energetika, Nazirlik, Brent, Neft, todaypress.az,