ABŞ-nın neft ehtiyatları həftə ərzində 0,5 milyon barel artdı
ABŞ-nın kommersiya neft ehtiyatları həftə ərzində 0,5 milyon barel artaraq 2025-ci il aprelin 11-nə 442,9 milyon barel təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Energetika Departamentindən bildirilib.
Məlumata görə, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan beşillik orta göstəricidən 6% aşağıdır.
Moskva vaxtı ilə saat 17:30-da Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 1,76% artaraq bir barel üçün 65,99 dollar, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 2,62% artaraq bir barel üçün 62,71 dollar təşkil edib.
Aynur TAC
tag: ABŞ, Neft, Brent, Energetika, Moskva, todaypress.az,