ABŞ-nin rüsumlardan əldə etdiyi gəlir açıqlandı
ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən BRİKS ölkələrinə (Rusiya istisna olmaqla) tətbiq olunan idxal rüsumları, ölkənin büdcəsinə ildə 278 milyard dollardan çox vəsait gətirə bilər.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Gömrük Xidməti məlumat yayıb.
Bildirilib ki, Tramp 185 ölkəyə qarşı rüsum tətbiq edib.
Rusiya bu siyahıda yer almayıb, çünki ABŞ ilə Rusiya arasındakı ticarət həcmi sanksiyalar səbəbindən minimal səviyyədədir.
Braziliya, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan mallara 10 faizlik rüsum tətbiq edilib. Digər BRİKS ölkələrindən olan məhsullara isə daha yüksək tariflər müəyyən edilib.
Belə ki, Çin məhsullarına 54 faiz, İndoneziya məhsullarına 32 faiz, Cənubi Afrika Respublikası mallarına 30 faiz, Hindistan məhsullarına isə 26 faiz rüsum tətbiq edilib.
2024-cü ildə ABŞ BRİKS ölkələrindən, Rusiya istisna olmaqla, ümumilikdə 621,9 milyard dollarlıq məhsul alıb.
Bu ölkələrə qarşı tətbiq olunan rüsumlardan ABŞ büdcəsinə illik ümumilikdə 278,4 milyard dollar gəlir əldə ediləcəyi hesablanıb. Analitiklər bu hesablamaları idxal məlumatları əsasında aparıblar.
Ən yüksək gəlir isə Çin mallarına qarşı gömrük tədbirlərinin sərtləşdirilməsindən əldə ediləcək və bu məbləğ 237 milyard dollar təşkil edəcək.
Tramp idxal rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını ticarət balansının pisləşməsi ilə izah edib. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.
Bu fonla Ağ Ev rəhbəri ölkədə fövqəladə vəziyyət elan edib. Gömrük maneələrinin yüngülləşdirilməsi üçün isə əsas şərt olaraq Tramp, xarici istehsalın ABŞ-yə köçürülməsini göstərib.
Töhfə Səməd
tag: ABŞ,Rüsum,Gəlir,Tramp,Todaypress.az,