ABŞ-nin rüsumlarından ən çox zərər çəkən şirkət açıqlandı
“Porsche” avtomobil şirkəti ABŞ hakimiyyətinin tətbiq etdiyi vergilərdən ən çox təsirlənən şirkət olacaq.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, şirkətin Zuffenhauzendəki fabrikində istehsal olunan “911” modeli ABŞ-də böyük diqqət çəkib.
Qeyd edək ki, bu maşınların bütün komponentləri və hissələri Almaniyada istehsal olunur.
Digər alman rəqiblərindən fərqli olaraq, “Porsche”nin ABŞ-də fabriki yoxdur.
Aysel Mətləb
tag: Porsche,Qazanc,İtki,Şirkət,Todaypress.az,