ABŞ-nin terrorla mübarizə bölməsi bağlanır
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Daxili terrorizm bölməsinin işçilərini ixtisar edib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, xüsusi xidmət orqanının rəhbərliyi bir müddət əvvəl Daxili terrorizmlə mübarizə idarəsinin 16-ya yaxın əməkdaşını başqa idarələrə keçirib.
Məlumata əsasən, FTB hazırda departamentin tamamilə ləğv edilməsi imkanını müzakirə edir.
Ayınlaşdırılıb ki, dəyişikliklər FTB-nin radikal ağdərililərin və silahlı müxalifət qruplarının təhdidlərini izləmək imkanlarını azaldacaq, həmçinin hökumət əleyhinə planları pozmaq üçün hüquq-mühafizə orqanlarının səylərinə mane ola bilər.
Töhfə Səməd
tag: ABŞ ,FTB,Daxili terrorizm bölməsi,todaypress.az,