ABŞ-nin təyyarədaşıyan gəmisi ticarət gəmisi ilə toqquşdu
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry S. Truman” təyyarədaşıyan gəmisi Misir sahillərində ticarət gəmisi ilə toqquşub.
TodayPress xəbər verir ki, bu haqda “Breaking Defence” portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.
"Toqquşma "Harry S. Truman" üçün təhlükə yaratmayıb. Çünki zərər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Gəminin mühərrikləri zədələnməyib, təhlükəsiz və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Əlavə məlumat əldə olunduqca veriləcək" Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Qorman bildirib.
Qeyd
olunur ki, hadisə fevralın 12-də Port Səid ərazisində baş verib. Gəminin
avtomatik identifikasiya sisteminə görə, ticarət gəmisi Panama bayraqlı
“Beşiktaş-M” yük daşıyıcısı olub.
tag: Toqquşma,Təyyarə,ABŞ,Gəmi, Harry, todaypress.az,