ABŞ-nin Ukraynadakı yeni səfiri Kiyevə gəldi

Dünya

05.05.2025 16:25

10

ABŞ-nin Ukraynadakı yeni müvəqqəti işlər vəkili Culi Deyvis Kiyevə gəlib. Onun gəlişi Vaşinqtonun Ukraynada sabitlik və sülhü dəstəkləyən yeni strategiyasının davamı kimi qiymətləndirilir.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb: 

“Ukraynanın Bərpası Fondu üzrə tarixi sazişin imzalanmasından sonra səfir Deyvis müharibənin dayandırılması və Ukraynada davamlı sülh və rifahın təmin olunmasına yönəlmiş ABŞ prezident Donald Trampın siyasətini davam etdirmək üçün ölkəyə kritik məqamda gəlir”.

Culi Deyvisin təyinatı ABŞ Dövlət Departamenti tərəfindən mayın 1-də elan edilib. O, bu vəzifədə Brijit Brinki əvəzləyib.

Qiymət Mahir

tag: ABŞ,Səfir,Ukrayna,Kiyev,todaypress.az,