ABŞ-nin Ukraynanın bərpasında iştirak edəcəyi sual altındadır
ABŞ prezidenti Donald Tramp ölkəsinin
Ukraynanın bərpasında iştirak edəcəkmi sualını qəribə adlandırıb və faktiki
olaraq ona konkret cavab verməyib.
TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə
ikitərəfli danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makronla birgə
keçirdiyi mətbuat konfransında danışıb.
“Düşünürəm ki, bu, bir az qəribə sualdır, çünki siz ABŞ
adından Ukraynanın yenidən qurulmasına töhfə verib-verməyəcəyimizi
soruşmusunuz. Demək istəyirəm ki, biz artıq 350 milyard dollara yaxın yardım
etmişik və məncə, bu, olduqca böyük töhfədir” deyə o qeyd edib.
tag: ABŞ, Ukraya, Yardım, Kiyev, Milyard, todaypress.az,