ABŞ-nin Yəmənə endirdiyi zərbə nəticəsində azı 70 husi öldürüldü

Dünya

05.04.2025 23:00

2046

Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib.

Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.

tag: ABŞ, Yəmən,Hücum, Husi, Müharibə, Zərbə ,todaypress.az,