ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində 107 dinc sakin həlak oldu

Dünya

09.04.2025 22:30

30

ABŞ-nın hücumları nəticəsində Yəməndə azı 107 mülki vətəndaş həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

"ABŞ-nın Yəmənə təcavüzü nəticəsində martın 15-dən aprelin 9-dək azı 107 mülki şəxs həlak olub. Eyni müddət ərzində 223 mülki şəxs yaralanıb" nazirliyin bəyanatında qeyd olunub.

Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, ABŞ-nın Yəmənin Hudeydə şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 6 qadın və 4 uşaq olmaqla 12 nəfərə çatıb.

Bundan əvvəl ABŞ Yəməndə husilərin obyektlərinə silsilə zərbələr endirib.

"Əl-Masirah" telekanalının məlumatına görə, Şərqi Hudeydadakı Amin Muqbil yaşayış məhəlləsi hücuma məruz qalıb.

Aynur TAC

tag: ABŞ, Yəmən, Husi, Sakin,Ölüm, Müharibə, todaypress.az,