ABŞ növbəti dəfə "Minotaur IV" raketini buraxdı

Dünya

17.04.2025 17:35

12

ABŞ-də "Northrop Grumman"ın "Minotaur IV" yüngül raketi son 15 ildə 8-ci dəfə buraxılıb.   

TodayPress xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb. 

Aparıcı sonuncu dəfə aprelin 16-da ABŞ Milli Kəşfiyyat İdarəsinin peykləri ilə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.  Buraxılışla bağlı təfərrüatlar verilməyib. 

Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ Hərbi Hava Qüvvələri, konvertasiya edilmiş "Minuteman" qitələrarası ballistik raketi olan "Minotaur" daşıyıcısının sınaq zamanı partladığını bildirib. 

"Minotaur IV"ün ("Lite" variantı) ilk buraxılışı 22 aprel 2010-cu ildə baş tutub.   

Töhfə Səməd

tag: ABŞ,Minotaur IV,Raket,Buraxılış,Todaypress.az,