ABŞ nümayəndəsi Livan prezidenti ilə görüşdü

Dünya

05.04.2025 14:50

2091

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus aprelin 5-də Beyrutda Livan prezidenti Cozef Aun ilə görüş keçirib. 

TodayPress xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Görüşün detalları açıqlanmayıb və Ortaqus mətbuat qarşısında hər hansı bəyanatla çıxış etməyib.

Qeyd edək ki, bu görüş İsrailin Livan və Qəzza sektorunda qısa fasilədən sonra hərbi əməliyyatlarını tam miqyasda bərpa etdiyi vaxtda baş tutub. 

Qiymət Mahir

tag: ABŞ,Livan,Morqan Ortaqus,Cozef Aun,Görüş,Todaypress.az,