ABŞ nüvə silahının Ukraynaya verilməsinə qarşı çıxdı
Ukrayna prezidenti Volodimir Zelenskinin
NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə
olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil.
TodayPress
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində
deyib.
“Heç kəsin
bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz
olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir.
Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır” o deyib.
Rubio həmçinin
bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.
tag: Ukrayna, ABŞ, Zelenski, NATO, todaypress.az,