ABŞ Orbitə müşahidə peyki buraxacaq

Dünya

05.03.2025 18:44

2375

ABŞ aşağı Orbitdən yer cisimlərini müşahidə etmək üçün nəzərdə tutulan "Clarity-1" peykini buraxacaq.   

TodayPress xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb. 

Kosmik gəminin gələn həftə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından qalxması planlaşdırılır.

Peyk "Falcon 9" raketi ilə göndəriləcək.   

Peyk 500-600 kilometr hündürlükdə Orbitə çıxarılacaq, daha sonra isə 274 kilometrə endiriləcək. 

Türkan İsgəndərli

tag: ABŞ,Peyk,Orbit,Clarity-1,Todaypress.az,