ABŞ ordusu Avropadan çıxmayacaq
ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən Amerikanın Avropadakı qoşunlarını çıxarmaqdan imtina etdiyini deyib.
TodayPress xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Trampın sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün ABŞ hərbi qüvvələrinin Avropadakı mövcudluğunu azaltmağa ehtiyac yoxdur.
Qeyd edək ki, NATO-nun Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone ABŞ qoşunlarının Avropada sayının azaldılaraq Hind-Sakit okean regionuna köçürülə biləcəyini ehtimal edib.
Həmçinin, Trampın 20 min Amerika əsgərini Avropadan çıxarmaq niyyətində olduğu bildirilir.
Nicat Osman
tag: Tramp,Amerika,Ordu,Avropa,Todaypress.az,