ABŞ ordusu husilərə irimiqyaslı zərbələr endirdi - YENİLƏNDİ
Husilərin nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.
“İlkin məlumatlara görə, Amerikanın Səna, Səada, Əl-Bayda əyalətləri və Rada şəhərinin mülki və yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 31 nəfər həlak olub, daha 101 nəfər yaralanıb” deyə o, "X" səhifəsində yazıb.
Töhfə Səməd
***
23:40
ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “New York Times“ iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Zərbələrin ABŞ prezidenti Donald Trampın əmri ilə həyatakeçirildiyi bildirilib.
Məlumata görə, ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.
Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.
ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.
Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.
tag: Tramp, ABŞ, Yəmən, Husi, Zərbə,todaypress.az,