ABŞ ordusunda 90 minə qədər ixtisar planlaşdırılır

Dünya

05.04.2025 16:00

1595

ABŞ Müdafiə Nazirliyi 90 min hərbçinin ixtisarını nəzərdə tutan genişmiqyaslı struktur islahatını müzakirə edir.

TodayPress xəbər verir ki, bu barədə “Military.com” üç yüksək rütbəli Pentaqon rəsmisinə istinadla məlumat yayıb.

İxtisar planı müdafiə naziri Pit Heqsetin büdcənin 8% azaldılması ilə bağlı göstərişindən sonra gündəmə gəlib.

Hazırda ABŞ Quru Qoşunlarının heyəti təxminən 450 min nəfər təşkil edir. Müzakirə olunan ssenariyə görə, bu say 360–420 min nəfərə endirilə bilər.

Bu, son illərdə orduda planlaşdırılan ən böyük ixtisarlardan biri ola bilər.

Məqsəd ordunu ənənəvi formatdan çıxararaq daha çevik və ixtisaslaşmış qüvvəyə çevirməkdir.

Hələlik ixtisarların ehtiyatda olan hərbçilər və Milli Qvardiyaya şamil olunub-olunmayacağı məlum deyil. 

Qiymət Mahir

tag: ABŞ,Pentaqon,Ordu,İxtisar,Todaypress.az,