ABŞ Polşaya 11 milyard dollar hərbi yardım ayıracaq
ABŞ Polşaya “Foreign Military Finance” (“Xarici Hərbi Maliyyələşdirmə”) proqramı çərçivəsində 11 milyard dollar ayıracaq.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqset ilə görüşdən sonra məlumat verib.
“Bu, Polşa Ordusunun transformasiyası və modernizasiyasına birbaşa təsir edən 11 milyard dollarlıq maliyyə dəstəyidir və bununla bizim hərbi əməkdaşlığımız güclənir” deyə nazir bildirib.
O vurğulayıb ki, Polşa-Amerika alyansı heç vaxt indiki qədər güclü olmayıb.
Qeyd edək ki, Pentaqon rəhbəri hazırda Polşada səfərdədir və ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirir.
Qiymət Mahir
tag: ABŞ,Polşa,Foreign Military Finance,Vladislav Kosinyak-Kamış,todaypress.az,