ABŞ Qəzza zolağına nəzarət etmək istəyir

Dünya

05.02.2025 16:45

934

"ABŞ prezidenti Donald Tramp HƏMAS ilə İsrail arasında gərginliyin və yeni toqquşmaların qarşısını almaq üçün Qəzza zolağına nəzarəti ələ keçirmək istəyir". 

TodayPress xəbər verir ki, bunu "Lenta.ru" ilə söhbətində Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib. 

O, Amerika liderinin anklavın gələcəyi ilə bağlı fikrini belə izah edib: “Qəzza zolağında demək olar ki, hər şey dağıdılıb, orada yaşamaq mümkün deyil. Ümumiyyətlə insanlar belə vəziyyətdə qala bilməz. Buna görə də Tramp, Misir və İordaniyanın Qəzza zolağından fələstinlilərin köçürülməsi məsuliyyətini öz üzərinə götürməsini təklif edib. Amma həmin ölkələr buna mənfi reaksiya verdilər və bunu etməyəcəklərini bildirdilər. Daha sonra Tramp bunun nəticə vermədiyini başa düşdü. HƏMAS belə bir köçürmə ideyasını qətiyyən dəstəkləmədikləri barədə bəyanat verdikdən sonra amerika lideri də buna qarşılıq olaraq yeni bəyanat yaydı. Bunun nə dərəcədə məqsədəuyğun olduğunu, praktikada nə qədər uğurlu olacağını bilmirəm, çünki bunun üçün Qəzza zolağına ciddi hərbi və polis kontingentini yerləşdirmək, zolağa nəzarəti ələ almaq lazım gələcək”.

Mütəxəssis qeyd edib ki, belə şəraitdə anklavın idarə olunmasında çətinliklər yaranır.

İsrailin baş naziri ilə birgə mətbuat konfransı zamanı Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağında partlamamış bomba və digər silahların çıxarılması, eyni zamanda anklavın təmizlənməsi üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Töhfə Səməd

tag: ABŞ,Donald Tramp,HƏMAS,Nikolay Toporn,Qəzza , İsrail, todaypress.az,