ABŞ Qəzzanı bərpa etmək üçün tərtibatçıları cəlb etmək istəyir
ABŞ prezidentinin elçisi Stiven Vitkoff Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə Qəzza zolağının yenidən qurulması planını hazırlamaq üçün aparıcı daşınmaz əmlak xadimlərini bir araya gətirmək imkanını müzakirə edir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ağ Evdə dünyanın hər yerindən tərtibatçıları və daşınmaz əmlak biznesi liderlərini bir araya gətirəcək görüşün keçirilməsi üçün iş aparılır. Sammit planı hazırda ilkin mərhələdədir və əsas məsələlərin həlli istiqamətində ilk addım olacaq.
"Biz dünyanın hər yerindən insanları, baş planlaşdırıcıları, tərtibatçıları, memarları bir araya gətirmək, ideyalar üzrə beyin fırtınası etmək və s. haqqında danışırıq" deyə Vitkoff diqqətə çatdırıb.
Bundan əvvəl BMT bəyan etmişdi ki, Qəzza zolağının müharibədən sonrakı bərpası üçün tələb olunan vəsaitin ümumi həcmi 53 milyard dolları ötür. Xərclərin ən çox mənzil (15,2 milyard dollar), ticarət, sənaye və səhiyyə (6,9 milyard dollar) sahələrində olacağı gözlənilir.
Töhfə Səməd
tag: ABŞ ,Stiven Vitkoff,Donald Tramp,Cared Kuşner,Qəzza ,todaypress.az,