ABŞ qırıcıları Suriyanı bombardman etdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika döyüş təyyarələrinin Suriyada əməliyyat keçirdiyini, hücumda bir sıra terror hədəflərinin məhv edildiyini bildirib.
TodayPress xəbər verir ki, “CENTCOM” mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, CENTCOM qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava hücumu həyata keçirərək, “Əl-Qaidə” terror təşkilatının “Hürasəddin” qruplaşmasının yüksək səviyyəli üzvünü hədəfə alaraq zərərsizləşdirib.
Açıqlamada CENTCOM-un ABŞ və müttəfiqlərinə qarşı hücum planlaşdıran qruplarla mübarizəni davam etdirəcəyi vurğulanıb.
Nicat Osman
tag: ABŞ,CENTCOM,Suriya,Əl-Qaidə,Terror,Todaypress.az,