ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün plan hazırlanır

Dünya

05.02.2025 16:05

2304

ABŞ Müdafiə Nazirliyi bütün Amerika qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır. 

TodayPress xəbər verir ki, bu barədə iki amerikalı məmura istinadən "NBC" telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp və Vaşinqton administrasiyasının nümayəndələri qoşunların ölkədən tam çıxarılmasında maraqlı olduqlarını bildiriblər. Nəticədə Pentaqon əməliyyatı 30, 60 və ya 90 gün ərzində həyata keçirmək üçün planlar hazırlamağa başlayıb.

Töhfə Səməd

tag: ABŞ ,Müdafiə Nazirliyi,Suriya,Donald Tramp,todaypress.az,