ABŞ rəsmilərinin Qrenlandiyaya səfəri bəyənilmədi

Dünya

25.03.2025 11:06

1002

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ-nin milli təhlükəsizlik müşaviri və digər yüksək səviyyəli rəsmilərinin Qrenlandiyaya planlaşdırılan səfərini yanlış hesab edib. 

TodayPress xəbər verir ki, Rasmussen bu barədə “TV2” yerli telekanalına açıqlamasında açıqlama verib.

“Bu, amerikalıların böyük bir iştaha sahib olduğunu göstərir” deyə o bildirib. Danimarka xarici işlər naziri səfərin xüsusilə uyğunsuz bir zamanda baş tutduğunu qeyd edib:

“Qrenlandiyada təzəlikcə seçkilər keçirilib və hazırda hökumət formalaşmayıb”.

Səfər Qrenlandiya siyasətçilərinin ciddi tənqidinə səbəb olub. Danimarkanın Baş naziri Mette Frederiksen də narahatlığını ifadə edərək, istənilən əməkdaşlığın qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında qurulmalı olduğunu vurğulayıb. 

“ABŞ-nin bu səfəri əvvəlki ictimai açıqlamalardan ayrı şəkildə dəyərləndirilə bilməz. Danimarka Krallığı olaraq biz amerikalılarla əməkdaşlıq etmək istəyirik. Lakin bu əməkdaşlıq suverenlik və xalqlar arasındakı qarşılıqlı hörmət kimi fundamental dəyərlər üzərində qurulmalıdır” deyə o qeyd edib.

Qeyd edək ki, bu həftə Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya ABŞ rəsmilərinin səfəri gözlənilir.

Qiymət Mahir

tag: ABŞ,Qrenlandiya,Səfər,Danimarka,Todaypress.az,